Samsung yeni Galaxy Tab Active 5 Enterprise Edition planşetini təqdim etdi
Samsung sərt və tələbkar şəraitdə işləmək üçün hazırlanmış yeni qoruyucu planşeti Galaxy Tab Active 5 Enterprise Edition modelini təqdim edib.
32gun.az xəbər verir ki, bu barədə GizmoChina məlumat yayıb.
Yeni planşet gücləndirilmiş konstruksiya, suya, toza və zərbələrə qarşı dayanıqlığı ilə seçilir. Qurğu MIL-STD-810H hərbi standartına uyğun qorunma səviyyəsinə və IP68 sertifikatına malikdir. Ekran isə Corning Gorilla Glass 5 şüşəsi ilə qorunub.
Samsung məhsuldarlığı artırmaq üçün müxtəlif əlavə imkanlar da təklif edir. İstifadəçilərə bir il müddətinə ödənişsiz Samsung SDS SaaS həlləri, iki ay müddətinə süni intellekt köməkçisi Brity Copilot, həmçinin Zello Push-to-Talk bulud xidmətinə abunə və Google Workspace üçün 50% endirim təqdim olunacaq.
Texniki göstəricilər:
- Ekran: 8 düymlük TFT WUXGA, 120 Hz
- Kamera: 13 MP əsas (LED işıqlandırma ilə), 5 MP ön kamera
- Prosessor: səkkiznüvəli çip
- Yaddaş: 6/8 GB RAM, 128/256 GB daxili yaddaş (1 TB-a qədər microSD dəstəyi)
- Batareya: 5050 mAh
- Digər: S Pen dəstəyi, barmaq izi skaneri, Wi-Fi 6, NFC, Bluetooth 5.3
Galaxy Tab Active 5 Enterprise Edition-in qiyməti 50 000 Hindistan rupisindən (təxminən 46 000 rubl, 18 avqust 2025-ci il tarixinə) başlayır. Bu məbləğ 6 GB RAM və 128 GB yaddaşa sahib versiya üçün nəzərdə tutulub.
Ayaz