DİGƏR ÖZ XƏBƏR

Suriya ordusu Hələbin kürd məhəllələrini mühasirəyə alıb

Dəməşqin nəzarətində olan qüvvələr Hələbdə kürdlərin yaşadığı məhəllələri blokadaya alıb.

32gun.az bildirir ki, bu barədə kürd silahlı birləşmələrinin – “Suriya Demokratik Qüvvələri”nin mətbuat xidməti məlumat yayıb. 
Bəyanatda bildirilir ki, Dəməşq hökumətinə bağlı qüvvələr Şeyx Maksud rayonunda ağır blokada tətbiq edib. Blokada intensiv atəşlər, məhəllələrin tanklarla mühasirəyə alınması və genişmiqyaslı hücumla bağlı birbaşa hədələrlə müşayiət olunur.
Qeyd edək ki, dekabrın 23-də Suriya hakimiyyəti hökumət ordusu ilə kürd silahlı dəstələri arasında baş verən toqquşmalar səbəbindən Hələbdə təhsil müəssisələrində dərsləri və dövlət qurumlarının fəaliyyətini dayandırmışdı.

Xatırladaq ki, oktyabrın 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada kürdlərlə muxtariyyət və separatizm mövzusunda aparılan “oyunların” ciddi nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq etmişdi. O vurğulamışdı ki, kürd məsələsi regionun digər ölkələrində də partlayış riski daşıyır.

Ayaz 

Oxşar Xəbərlər