DİGƏR ÖZ XƏBƏR

Sağlam həyat tərzi depressiyanın beyin funksiyalarına təsirini azalda bilər

Çindən olan alimlər müəyyən ediblər ki, depressiv simptomlar böyüklərdə idrak funksiyalarının zəifləməsi ilə bağlıdır, lakin sağlam həyat tərzi bu təsiri zəiflədə bilər.

32gun.az xəbər verir ki, tədqiqatın nəticələri Journal of Affective Disorders (JAD) jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, depressiya yalnız əhvalın düşməsi və həyata marağın azalması ilə deyil, həm də yaddaş, diqqət və konsentrasiya pozğunluqları ilə müşayiət olunur. Depressiyadan əziyyət çəkənlərdə tez-tez zehni ləngimə, qərarvermədə çətinliklər və anhedoniya – adi məşğuliyyətlərdən zövq ala bilməmək müşahidə edilir. Bu idrak çətinlikləri hətta əhval yaxşılaşdıqdan sonra da qalmaqda davam edə bilər.

Araşdırmada 12,5 mindən çox 40 yaşdan yuxarı insan iştirak edib. Onlardan 7 756 nəfəri Hubey əyalətindən (orta yaş 68), 4 751 nəfəri isə Şanxaydan (orta yaş 72) olub. İştirakçılar GDS-15 şkalası ilə depressiv simptomlar, həmçinin Mini-Mental State Examination testi ilə idrak funksiyaları üzrə yoxlanılıb. Əlavə olaraq onların həyat tərzi — fiziki aktivlik, siqaret və alkoqol istifadəsi, yuxu müddəti, bel ölçüsü və qidalanma xüsusiyyətləri qeydə alınıb.

Nəticələr göstərib ki, depressiv simptomları daha güclü olanlarda idrak göstəriciləri daha zəif olub və yüngül idrak pozğunluqları daha çox müşahidə edilib. Lakin müntəzəm idman edən, optimal yatan və sağlam həyat tərzinə üstünlük verənlərdə bu göstəricilər daha yüksək olub. Bu qrupda depressiya ilə idrak zəifliyi arasındakı mənfi əlaqə xeyli zəif müşahidə edilib.

Tədqiqat müəllifləri vurğulayıblar:
Depressiv simptomlar idrak funksiyalarının zəifləməsi ilə bağlıdır və bu təsiri sağlam həyat tərzi zəiflədə bilər”.

Ayaz 

Oxşar Xəbərlər