SOSIAL ÖZ XƏBƏR

Anar Məmmədovla Elnur Abdullayev arasında nə baş verir? - O ölkədən niyə çıxa bilmir? + FOTOYA DİQQƏT

Anar Məmmədovla Elnur Abdullayevin arasına soyuqluq düşüb?

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla Global Media Qrupun direktoru Elnur Abdullayevin arasının dəydiyi iddia olunur.

32gun.az-a daxil olan məlumatda iddia edilir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq rəisi və eyni zamanda Anar Məmmədovun xalası oğlu olduğu deyilən Elnur Abdullayevlə incik olma səbəbləri barədə məlumat yoxdur.

Ziya Məmmədovun kadrı olmuş Elnur Abdullayevlə Anar Məmmədovun durumunu sosial şəbəkə üzərindən araşdırmaq qərarına gəldik.

Bir zamanlar aralarından su sızmayan yaxınların çəkilmiş bir fotosu diqqətimizi çəkdi.

Foto vaxtilə müğənni Abbas Bağırov tərəfindən paylaşılıb. Fotoda Anar Məmmədovla yanaşı Elnur Abdullayev də yer alıb.

Onlar həmin fotoda işarələnib ("tag" edilib).

Daha sonra sosial şəbəkədə aparığımız araşdırma zamanı bəlli oldu ki, Elnur Abdullayev və Anar Məmmədov bir-birini izləməkdən də çıxarıblar.

Xatırladaq ki, Elnur Abdullayev Ziya Məmmədovun dönəmində “Nəqliyyatın İntellektual İdarəetmə Sistemi” və “Dövlət Avtomobil Nəqliyyat Xidməti” kimi mühüm və gəlirli postlara rəhbərlik edib.

Mətbuatda gedən məlumata görə, sabiq nazir vaxtilə ona “Lexus” markalı avtomobil bağışlayıb.
Həmçinin mətbuatda sonradan Rövnəq Abdullayev xəttinə “transfer” olunduğu bildirilib.

Saytımıza verilən digər məlumatda isə qeyd olunur ki, Elnur Abdullayev uzun müddətdir bəzi səbəblər üzündən ölkədən kənara çıxmır. Hətta Türkiyədəki işlərinə də buradan nəzarət edir.

Xatırladaq ki, Elnur Abdullayev hazırda Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan “Haber Global” xəbər telekanalına rəhbərlik edir. İdarə Heyətinin sədri Elnur Abdullayev, baş direktoru isə Məmməd Gülməmmədovdur.

“Haber Global” Global Media Group-a məxsus xəbər kanalıdır və 24 sentyabr 2018-ci ildə yayıma başlayıb.

Ayaz Musaköylü 

Oxşar Xəbərlər