ÖZ XƏBƏR
Tovuz Rayon Mərkəzi Xəstəxanası Regional Mühafizə Şöbəsi ilə müqavilə bağladı
Tovuz rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən mühafizə xidmətinin təşkili ilə bağlı satınalma başa çatıb və Tovuz Regional Mühafizə Şöbəsi qalib elan olunub.
32gun.az xəbər verir ki, artıq tərəflər arasında 9.762,54 azn məbləğində müqavilə bağlanıb.
Müqavilə sənədlərinə əsasən, xidmət xəstəxana ərazisində təhlükəsizliyin təmin edilməsi, binaya giriş-çıxışa nəzarət, ictimai asayişin qorunması və fövqəladə hallar zamanı operativ tədbirlərin görülməsini əhatə edir. Bildirilir ki, mühafizəçilər növbəli rejimdə fəaliyyət göstərəcək və tibb müəssisəsinin gündəlik iş ahənginin pozulmamasına diqqət yetiriləcək.
Nilay