ÖZ XƏBƏR
Ağciyər xəstəlikləri mərkəzi 47 min manatlıq satınalma həyata keçirib
“AĞCİYƏR XƏSTƏLİKLƏRİ MƏRKƏZİ” Publik Hüquqi Şəxsi tərəfindən yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması ilə bağlı keçirilən satınalma proseduru başa çatıb.
32gun.az xəbər verir ki, satınalmanın qalibi “GİLL MED” Qapalı Səhmdar Cəmiyyəti olub. Müvafiq malların alınması üzrə 47.224,78 AZN məbləğində müqavilə bağlanıb.
Ayaz