ÖZ XƏBƏR

Xəzər Tibb Mərkəzi SERP proqramı üzrə texniki dəstək xidməti alır

“Xəzər Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi maliyyə və mühasibatlıq əməliyyatlarının aparılması üçün istifadə olunan Azərbaycan üzrə proqram təminatının (SERP) modullarına texniki dəstək xidmətlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb.

32gun.az xəbər verir ki, Müqavilə “Sinam” Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə imzalanıb və sənədə əsasən xidmətin ümumi məbləği 14.160 AZN təşkil edir.

Qeyd edək ki, satınalma çərçivəsində SERP proqram təminatının modullarının stabil işləməsi, texniki problemlərin aradan qaldırılması və mütəmadi dəstəyin göstərilməsi nəzərdə tutulur.

Nilay

Oxşar Xəbərlər