ÖZ XƏBƏR
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında mühafizə xidmətlərinin qalibi müəyyənləşdi – 93,9 min manatlıq
Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən mühafizə xidmətlərinin satınalınması üzrə keçirilən prosedur yekunlaşıb.
32gun.az xəbər verir ki, Satınalma nəticələrinə əsasən, müsabiqənin qalibi TİİM Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qalib şirkətlə 93.900,57 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.
Müqavilə çərçivəsində xəstəxana daxilində ictimai asayişin qorunması nəzərdə tutulur. Texniki şərtlərə görə, mühafizə xidməti 11 ay müddətində həyata keçiriləcək və ümumilikdə 7 mühafizəçi cəlb olunacaq.
Mühafizə postlarının iş rejimi aşağıdakı kimi müəyyən edilib:
1 post – 24 saatlıq növbə (08:00–20:00 və 20:00–08:00),
2 post – gündüz növbəsi (08:00–20:00),
3 post – gündüz növbəsi (08:00–20:00).
Ayaz